“Roma” şokda, Türkiyə 1 təmsilçi ilə qaldı
26.08.2011 - 09:10
“Roma” şokda, Türkiyə 1 təmsilçi ilə qaldı
Avroliqada son təsnifat mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, “Qarabağ”la “Xəzər Lənkəran” turnirdən kənarlaşdıran “Brügge” ilə “Makkabi” qrupa vəsiqə qazanıblar. Türkiyəni Avroliqada yalnız “Beşiktaş” təmsil edəcək. Məlum olduğu kimi, “Trabzonspor” “Fənərbaxça”nın yerinə Çempionlar Liqasına yollandığından, “Atletik”lə cavab oyunu ləğv olundu və rəqibi birbaşa qrupa vəsiqə qazandı.

“Bursaspor”a “Anderlext”lə səfər oyununda mərhələ adlamaq üçün 1 qol yetmədi. “Beşiktaş”ın “Alaniya” ilə Vladiqafqazdakı cavab görüşünün başlanmağı güclü yağış üzündən xeyli yubandı. “Qara Qartallar” son 10 dəqiqədə buraxdığı 2 qolla azarkeşlərini həyəcanlandırsa da, 0:2 hesablı məğlubiyyət qrupa çıxmağına mane olmadı.

Cavab oyunlarının da ən böyük sensasiyasına “Slovan” imza atdı. Slovakiya klubu turnirin əsas favoritlərindən olan “Roma”ya səfərdə də uduzmayaraq, onu mübarizədən kənarlaşdırdı. “Metallist”in evdə qolsuz bərabərliyə qaldığı “Soşo”nu Fransada darmadağın etməyi də ən gözlənilməz nəticələrdən oldu. Elə Ukraynanın digər təmsilçisi “Vorskla”nın Buxarest “Dinamo”suna səfərdə də qalib gəlməyi diqqəti çəkən nəticə sayılmalıdır.

25 avqust

“Dinamo” (Rumıniya) – “Vorskla” (Ukrayna) - 2:3
Torye, 45. Tuçudean, 90+1 - Yanuzi, 37, Barannik, 72, 78
İlk oyun – 1:2

“Spartak” (Moskva, Rusiya) – “Legiya” (Polşa) - 2:3
Kirill Kombarov, 10, Dmitri Kombarov, 27-pen - Kuçarjik, 29, Rubus, 43, Qol, 90+2
İlk oyun - 2:2

“Renn” (Fransa) – “Srvena Zvezda” (Serbiya) - 4:0
Montano, 10, Vila, 19-pen, Pajot, 84, Ekoko, 90+1
İlk oyun - 2:1

PSV (Hollandiya) – “Rid” (Avstriya) - 5:0
Toyvonen, 53, Lens, 67, Viynaldum, 74, Labyad, 79, Strootman, 90+2
İlk oyun - 0:0

AEK (Kipr) – “Rusenborg” (Norveç) - 2:1
Qrequr van Diyk, 21, 54-pen - Henriksen, 68
İlk oyun - 0:0

“Dinamo” (Kiyev, Ukrayna) – “Liteks” (Bolqarıstan) - 1:0
Milevski, 74
İlk oyun - 2:1

“Qaz Metan” (Rumıniya) – “Austriya” (Avstriya) - 1:0
Hoban, 40
İlk oyun - 1:3

“Spartak” (Trnava, Slovakiya) – “Lokomotiv” (Rusiya) - 1:1
Yanbayev, 38-öz qapısına - Obinna, 80
İlk oyun - 0:2

“Dinamo” (Tiflis, Gürcüstan) - AEK (Yunanıstan) - 1:0 (əlavə vaxtda - 1:1)
Koşkadze, 1 – Leonardo 111-pen
İlk oyun - 0:1

MOİK (Bolqarıstan) – “Styaua” (Rumıniya) - 1:1
Mişel, 83 - Tanase, 73
İlk oyun - 0:2

“Hapoel” (Təl-Əviv, İsrail) – “Ekranas” (Litva) - 4:0
Kohen, 37, Damari, 53, Temile, 81, Lala, 90+2
İlk oyun - 0:1

“Yanq Boyz” (İsveçrə) – “Braqa” (Portuqaliya) - 2:2
Mayuka, 61, Fernerud, 82 - Barbosa, 24, Lima, 79
İlk oyun - 0:0

“Rapid” (Rumıniya) – “Şlask” (Polşa) - 1:1
Panku, 12 - Sobota, 90+2
İlk oyun - 3:1

“Sparta” (Çexiya) – “Vaslui” (Rumıniya) - 1:0
Pamiç, 59
İlk oyun - 0:2

“Helsinqborq” (İsveç) – “Standard” (Belçika) - 1:3
Yonsson, 61-pen - Leye, 14, Berryer, 34, Nonq, 68
İlk oyun - 0:1

“Şalke” (Almaniya) - HİK (Finlandiya) - 6:1
Huntelaar, 15-pen, 25; 49-pen, 63, Papadopulos, 56,Dreksler, 82 - Pukki, 20
İlk oyun - 0:2

“Anderlext” (Belçika) – “Bursaspor” (Türkiyə) - 2:2
Yuhas, 38, Yovanoviç, 57 - Turqay, 6, 68
İlk oyun - 2:1

“Brügge” (Belçika) – “Zestafoni” (Gürcüstan) - 2:0
Akpala, 7, 27
İlk oyun - 3:3.

“Dnepr “(Ukrayna) – “Fulhem” (İngiltərə) - 1:0
Şaxov, 22
İlk oyun - 0:3

“Reyncers” (Şotlandiya) – “Maribor” (Sloveniya) - 1:1
Bokaneqra, 75 - Volas, 55
İlk oyun – 1:2

“Syon” (İsveçrə) – “Seltik” (Şotlandiya) - 3:1
Feynduno, 3-pen, 63, Sio, 82 - Mulqrev, 78
İlk oyun - 0:0

“Gimarayeş” (Portuqaliya) – “Atletiko” (İspaniya) - 0:4
Qabi, 2, Adrian, 18, 60, Salvio, 81
İlk oyun - 0:2

“Alaniya” (Rusiya) – “Beşiktaş” (Türkiyə) - 2:0
Qabulov, 81, Neko, 88
İlk oyun - 0:3

“Alkmaar” (Hollandiya) – “Olesund” (Norveç) - 6:0
Vernbloom, 7, Altidore, 25, 59, Martens, 54, Holman, 88, Moysander, 90
İlk oyun - 1:2

“Soşo” (Fransa) – “Metallist” (Ukrayna) - 0:4
Sosa, 6, Kristaldo, 11, 49, Tayson, 51,
İlk oyun - 0:0

“Roma” (İtaliya) – “Slovan” (Slovakiya) - 1:1
Perrotta, 11 - Stepanovski, 82
İlk oyun - 0:1

“Stok Siti” (İngiltərə) – “Tyun” (İsveşrə) - 4:1
Apson, 25, Yones, 31, 72, Velan, 38 - - Vittver, 78
İlk oyun - 1:0

“Birmingem” (İngiltərə) – “Nasional” (Portuqaliya) - 3:0
Redmond, 15, Murpi, 24, Vud, 86
İlk oyun - 0:0.

“Panatinaikos” (Yunanıstan) – “Makkabi” (Təl-Əviv, İsrail) - 2:1
Bumsonq, 70, Toşe, 79 - Medunyanin, 61
İlk oyun - 0:3

“Rabotniçki” (Makedoniya) – “Latsio” (İtaliya) - 1:3
Lazarevski, 39 - Rokki, 23, 77, Ernanes, 74
İlk oyun - 0:6.

PSJ (Fransa) – “Differdanj” (Lüksemburq) - 2:0
Nene, 65, Afun, 79
İlk oyun - 4:0

“Tottenhem” (İngiltərə) – “Harts” (Şotlandiya) - 0:0
İlk oyun - 5:0

“Karpatı” (Ukrayna) - PAOK (Yunanıstan) - 1:1
Lukas, 45-pen - Balafas, 55
İlk oyun - 0:2

“Zalsburq” (Avstriya) – “Omoniya” (Kipr) - 1:0
Qol: Martin Hinteregger, 51.
İlk oyun - 1:2

“Sevilya” (İspaniya) – “Hannover-96” (Almaniya) - 1:1
Poqatets, 37-öz qapısına - Abdellaue, 23
İlk oyun - 1:2

“Partizan” (Serbiya) – “Şemrok Rovers” (İrlandiya) - 1:1 (əlavə vaxtda - 1:2)
Volkov, 35 - Sullivan, 58, Rike, 113
İlk oyun - 1:1

“Sportinq” (Portuqaliya) – “Nordsjallend” (Danimarka) - 2:1
Santos, 77, Evaldo, 82 - Laudrup, 90+3
İlk oyun - 0:0

Qeyd edək ki, Avroliqanın qrup mərhələsinin püşkü bu gün atılacaq.