“Beşiktaş”ın bəxtinə “Makkabi” və Kiyev “Dinamo”su düşdü
26.08.2011 - 16:00
  “Beşiktaş”ın bəxtinə “Makkabi” və Kiyev “Dinamo”su düşdü
Bu gün Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Türkiyənin turnirdə yeganə təmsilçisi olan “Beşiktaş” çətin qrupa düşüb.

Onun rəqiblərindən biri “Xəzər Lənkəran”ı Avroliqadan kənarlaşdıran Təl-Əviv “Makkabi”si olub. Digər rəqib Kiyev “Dinamo”sunu “Qara Qartallar” üçün arzuolunmaz komanda saymaq olar. Çünki istanbulluları ötən mövsüm Avroliqadan məhz bu komanda çıxardı. “Stok Siti” isə “Böyük beşlik” təmsilçisi olduğundan, ingilislər də güclü rəqib sayılır.

Qeyd edək ki, sentyabrın 15-də startı veriləcək qrup mərhələsinin oyunları dekabrın 15-də yekunlaşacaq.

A qrupu
B qrupu
C qrupu
"Tottenhem" (İngiltərə)
 "Rubin" (Rusiya)
PAOK (Yunanıstan)
"Şemrok Rovers" (İrlandiya)
"Kopenhagen" (Danimarka)
"Standard" (Belçika)
"Hannover" (Almaniya)
"Vorskla" (Ukrayna)
PSV (Hollandiya)
"Hapoel" (Təl Əviv, İsrail)
"Rapid" (Rumıniya)
"Leqiya" (Polşa)
D qrupu
E qrupu
F qrupu
"Sportinq" (Portuqaliya)
"Latsio" (İtaliya)
"Sürix" (İsveçrə)
"Vaslui" (Rumıniya)
"Dinamo" (Kiyev, Ukrayna)
"Beşiktaş" (Türkiyə)
"Stok Siti" (İngiltərə)
"Makkabi" (Təl Əviv, İsrail)
PSJ (Fransa)
"Atletik" (İspaniya)
"Zalsburq" (Avstriya)
"Slovan" (Slovakiya)
G qrupu H qrupu İ qrupu
AZ (Hollandiya)
"Metallist" (Ukrayna)
"Austriya"  (Avstriya)
"Malmö" (İsveç)
"Braqa" (Portuqaliya)
"Brügge" (Belçika)
"Birmingem" (İngiltərə)
"Maribor" (Sloveniya)
"Atletiko" (İspaniya)
"Udineze" (İtaliya)
"Renn" (Fransa)
"Syon" (İsveçrə)
J qrupu K qrupu L qrupu
"Şalke" (Almaniya)
"Styaua" (Rumıniya)
"Makkabi" (Hayfa, İsrail)
AEK (Kipr)
"Tvente" (Hollandiya)
"Fulhem" (İngiltərə)
"Odense" (Danimarka)
"Visla" (Polşa)
"Anderlext" (Belçika)
AEK (Yunanıstan)
"Lokomotiv" (Rusiya)
"Şturm" (Avstriya)