Yığmamız qələbə hesabını saxlaya bilmədi - YENİLƏNİB
26.08.2011 - 14:41
Yığmamız qələbə hesabını saxlaya bilmədi - YENİLƏNİB
Azərbaycan yığmasının (U-17) Litvanın Palanqa şəhərində keçirilən beynəlxalq turnirdə növbəti cəhdi uğursuz alınıb. Apasport.az saytının məlumatına görə, Təbriz Həsənovun çalışdırdığı komandamız qrupda 1-ci yeri tutmadığından, turnirin qalibi ola bilməyib.

Yeganə qələbəsini autsayder Belarus üzərində qazanan (3:1) komandamız qrupumuzun lideri Gürcüstana uduzduqdan (1:2) sonra bu gün Latviya ilə heç-heçə edib (1:1).

Millimiz son görüşündə hesabı açsa da, sonradan buraxdığı qolla qələbəni əldən verib.

AZƏRBAYCAN - LATVİYA - 1:1

Gürcüstan
3
3
0
0
9-3
9
Latviya
3
1
1
1
5-4
4
Azərbaycan
3
1
1
1
5-4
4
Belarus
3
0
0
3
1-9
0