Luqano da “Fənərbaxça”dan ayrıldı
26.08.2011 - 10:42
Luqano da “Fənərbaxça”dan ayrıldı
Çempionlar Liqasından kənarlaşdırılmasından sonra “Fənərbaxça” klubundan ayrılacaq ilk futbolçunun adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, “batmış gəmi”ni öncə Dieqo Luqanı tərk edib.

Uruqvay milli komandasının aparıcı futbolçusu qərarın səhəri gün Fransanın PSJ klubu ilə anlaşıb. Onun transferinin isə ən uzağı sabaha kimi reallaşacağı gözlənilir.

Qeyd edək ki, “Fənərbaxça” rəhbərliyindən 1-ci vitse-prezident Nihat Özdəmir və baş məşqçi Aykut Kocaman da istanbullularla vidalaşıb.