Ya Azərbaycan yığmasına qarşı oynayacaq, ya da velosiped sürəcək
26.08.2011 - 11:28
“Arsenal”ın futbolçusu Emmanuel Frimponq yeni qalmaqalın səbəbkarına çevrilib. Apasport.az saytının məlumatına görə, gənc dayaq yarımmüdafiəçisi üçün İngiltərə və Qana arasında mübarizə başlayıb.
Məsələ ondadır ki, sentyabrın 1-də Azərbaycan yığmasını qəbul edəcək İngiltərənin 21 yaşadək futbolçulardan ibarət milli komandasına çağırılan Frimponqun xidmətində afrikalılar da maraqlıdır.
Qanada anadan olan yarımmüdafiəçi 8 il əvvəl, 11 yaşı olanda “Arsenal”ın akademiyasına cəlb olunub. Az sonra milliləşən Emmanuel bu ölkənin U-16, U-17 yığmalarında da oynayıb. Lakin 2 il əvvəl maraqlı açıqlama verib: “Məni Qana yığmasına çağırsalar, Londondan vətənimə velosipedlə gedərəm. Təki çağırsınlar”.
Həmin vaxtdan İngiltərə yığmasına çağırılmayan Frimponq Afrikadan təklif gözləyə-gözləyə qalıb. Stüart Pirsin onu Azərbaycanla oyuna çağırması isə aranı qarışdırıb. İndi qanalılar onu sentyabrın 5-də əsas yığmanın Braziliya ilə yoxlama oyununa çağırmaq fikrindədir.
Qeyd edək ki, Frimponq ötən turun “Liverpul”la oyununda qırmızı vərəqə almaqla, “Arsenal”ın 0:2 hesablı məğlubiyyətində əsas səbəbkara çevrilib.

- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0