4 il Azərbaycanda oynadı, “akademik” oldu
26.08.2011 - 13:24
Son 4 ili Azərbaycan çempionatında keçirən moldovalı futbolçu Dan Pisla vətəninə qayıdıb. Apasport.az saytının məlumatına görə, 24 yaşlı yığma hücumçusu “Akademiya” klubuna keçib.
O, Kişinyov təmsilçisi ilə 2 illik müqavilə bağlayıb. Bununla, Dan 4 ildən sonra yenidən Moldova çempionatında çıxış edəcək. O, vətənində sonuncu dəfə “İskra-Stal” klubunda (2006/07 mövsümü) oynayıb və 26 görüşdə 2 qol vurub.
Qeyd edək ki, Pisla ölkəmizdə əvvəl Bakının “Standard”, ardından Salyanın “Muğan” klubunda çıxış edib.

0
0