“Barselona” Superkuboku qazansa...
26.08.2011 - 14:15
“Barselona” Superkuboku qazansa...
“Barselona”nın baş məşqçisi Xosep Qvardiola bu gün UEFA Superkubokuna sahib çıxarsa, adını Avropa futbol tarixinə qızıl hərflərlə yazdıracaq. Apasport.az saytının məlumatına görə, Monakoda “Porto” ilə qarşılaşacaq katalonların 40 yaşlı çalışdırıcısı 2-ci dəfə bu kuboku qazanmaq imkanına malikdir.

Bu zaman Qvardiola buna nail olan 6-cı baş məşqçi olacaq. Ona qədər hollandiyalılar - Raymond Qutals (“Anderlext”, 1976 və 78-ci illər) və Lui van Qal (“Ayaks, 1995, “Barselona” 1997-ci ildə), italyanlar Arrio Sakki (“Milan”, 1989 və 90-cı illər) və Karlo Ançelotti (“Milan” 2003-cü və 2007-ci illər), şotlandiyalı Aleks Ferqyusson (“Aberdin” 1983, “Mançester Yunayted” 1991-ci ildə) Superkubok sevinci yaşayıb.

Qeyd edək ki, ilk dəfə 2009-cu ildə elə “Barsa” ilə Superkuboku qazanan Qvardiolanın məşqçilik karyerasında bütün titulları bu klubla bağlıdır. O, son 3 ildə artıq 2-ci dəfə Çempionlar Liqasının qalibi olub.