Berti Foqts: Yazılanlar mənə aid deyil
26.08.2011 - 14:37
Berti Foqts: Yazılanlar mənə aid deyil
“Filip Lam yaraşıqlı, cavan oğlandır. Həm də böyük kapitandır. Lakin onun bu addımını başa düşə bilmirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

Foqts Almaniya yığmasının kapitanı Filip Lamın yazdığı və böyük qalmaqala səbəb olan kitabına münasibət bildirib: “Lap dəhşətə gəldim. Başa düşə bilmirəm, onu nə vadar edib ki, belə bir kitab yazsın. Düzdür, yazılanlar mənə aid deyil. Lakin fikirləşirəm ki, görəsən Uli Höness və ya Karl-Hayns Rummenigge onlar haqda belə yazılsaydı, nə edərdilər”.

Qeyd edək ki, Lamın kitabının əsas antiqəhrəmanları Yurgen Klinsmann və Rudi Föllerdir. Onlarla yanaşı, Lui van Qal və Feliks Maqat da Lamin sərt tənqidlərindən kənarda qalmayıblar.