AZAL-da 150 min avroluq futbolçu
26.08.2011 - 15:01
AZAL-da 150 min avroluq futbolçu
AZAL müdafiə xəttindəki boşluqları doldurmaq məqsədi ilə yeni transfer edib. apasport.az saytının xəbərinə görə, paytaxt təmsilçisi litvalı Mindauqas Daunoraviciusla anlaşıb.

Litvanın “Nevejis” klubunda oynamış futbolçu qarşıdakı 1 il ərzində AZAL-ın formasını geyinəcək. Sağ cinahda çıxış edəcək 26 yaşlı futbolçu 188 sm boya malikdir.

Almaniyanın məşhur “transfermarkt” saytında transfer qiyməti 150 min avro göstərilən Daunoravicius karyerası ərzində “Tauras” klubunun da formasını geyinib.