13-cü duelə doğru
26.08.2011 - 16:08
“Qarabağ” sayca 13-cü dəfə “Qəbələ” ilə qarşılaşacaq. Apasport.az-ın Ağdam təmsilçisinin saytına istinadən məlumatına görə, tərəflərin ilk dueli 2006/07 mövsümünə təsadüf edib.
“Qarabağ” səfər meydanında baş tutan birinci görüşdə 2:0 hesabı ilə qalib gəlib. Suraxanıda baş tutan cavab qarşılaşmasında isə yenidən sevinən tərəf ağdamlılar olublar - 3:2. Ümumiyyətlə, “Qarabağ” Qəbələnin eyni adlı komandası ilə keçirdiyi ilk 5 qarşılaşmanın hamısında qələbə qazanıb.
“Qəbələ” ilk dəfə rəqibindən 2008/2009 mövsümünün 2-ci yarısında Suraxanıda baş tutan görüşdə xal alıb (0:0). Sonradan qəbələlilər “Qarabağ”a qarşı məğlubiyyətsiz seriya yaxalasa da, ötən mövsümdə baş tutan sonuncu dueldə Qurban Qurbanovun yetirmələri rəqibinə 3:0 hesabı ilə qalib gəliblər.
Beləliklə, indiyə kimi keçirilən qarşılaşmaların tən yarısında “Qarabağ” qələbə qazanıb. 3 dəfə isə “Qələbə” qalib gəldiyi halda, 3 oyunda da tərəflər hərəyə 1 xal qazanıblar. Topların balansı da “Qarabağ”ın xeyrinədir: 18:13.
Ağdam təmsilçisi heç vaxt evdə keçirdiyi matçda da məğlub olmayıb və 4 oyunda cəmi 1 top buraxıb. Avqustun 27-də Quzanlıda “Qəbələ”ni qəbul edəcək “Qarabağ” rəqiblə burada 3-cü görüşünə çıxacaq. Əvvəlki 2 matçda isə heç-heçə qeydə alınıb. 2009/2010 mövsümün təsnifat mərhələsində 0:0, həlledici mərhələdə isə 1:1 hesabı qeydə alınıb.

0
0