“Qəbələ”dəki missiya “Xəzər Lənkəran”da bitdi
26.08.2011 - 23:04
“Xəzər Lənkəran”ın yeni transferi Branimir Subaşiç görünməmiş start götürüb. Apasport.az saytının məlumatına görə, 29 yaşlı milliləşdirilən serbiyalı futbolçu ölkəmizdə 2005-ci ildən başlayan karyerasında siftədə ən yaxşı məhsuldarlığa imza atıb.
Debütdə “Turan”la Lənkərandakı oyunda etdiyi dublla qələbədə (3:1) böyük pay sahibi olan Subaşiç əvvəlki klubu “Qəbələ”dəki missiyasını 1 oyunda bitirib. Məsələ ondadır ki, Branimir qəbələlilərin heyətində keçirdiyi 1 ildə cəmi 2 qol vura bilmişdi.
Bu, ötən ilin payızında VII turda “Qarabağ”a (2:1), IX turda “Muğan”a (2:0) qalib gəldikləri ev oyununda reallaşmışdı. Bundan sonra zədə epidemiyası ilə üzləşən hücumçu çempionatda ümumilikdə keçirdiyi 19 görüşdə 2-dən artıq fərqlənə bilmədi.
Göründüyü kimi, Branimir həmin 2 qolu yeni komandasının heyətində artıq ilk oyundaca vurdu. Bunun üçün ona 25 dəqiqə (33 və 58-ci dəqiqələr) bəs etdi. Halbuki serbiyalı “Qəbələ”də 2 qolu 1378 dəqiqə ərzində vurub.
Yeri gəlmişkən, həmin komandada ölkə kubokunda 2 oyun keçirən Subaşiç 71 dəqiqə meydanda olduğu müddətdə fərqlənə bilməyib. O, Premyer Liqamızın növbəti turunda “Rəvan”la bu günkü səfər oyununda fərqlənərsə, “Qəbələ”dəki göstəricisini arxada qoyacaq.
Qeyd edək ki, Subaşiç ölkəmizdə ilk klubu olan “Neftçi”də 3 il çıxış edib və onun heyətində 2005-08-ci illərdə milli çempionatımızda 65 oyunda 21 qol vurub. Hələ ki çempionatımızın bombardiri ola bilməyən Branimir 2007-10-cu illərdə milli komandamızda keçirdiyi 26 görüşdə 6 qola imza atıb.
Mehman SÜLEYMANOV

0
0