“Kəpəz”ə qol vurmaq asanlaşdı
26.08.2011 - 23:17
“Kəpəz”ə qol vurmaq asanlaşdı
Premyer Liqanın IV turunda bu gün Tofiq Bəhramov adına Respublika stadionunda "Bakı" ilə görüşəcək "Kəpəz" növbəti itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Mehman Allahverdiyev daha bir futbolçunun xidmətindən məhrum olub.

Hazırda komandanın müdafiə xəttində əsl fiasko yaşanır. Azər Məmmədov, Muammer Erdoğdu və Sidney Karqbonun ardından daha bir müdafiəçi - Cavad Mirzəyev də sıradan çıxıb.

29 yaşlı futbolçu ayağındakı ağrılardan şikayətlənir. Hazırda yalnız yüngül qaçışla kifayətlənən futbolçunun "Bakı" ilə görüşdə meydançaya çıxmayacağı dəqiqdir. Bunu nəzərə alan rəhbərlik, bir neçə müdafiəçi ilə danışıqlara başlayıb.

Qeyd edək ki, "Kəpəz" keçirdiyi 3 oyunun ikisində məğlub olduğu halda, 1-də qələbə qazanıb.