Elxan Abdullayev: Söz vermişdilər, amma əməl etmədilər
26.08.2011 - 23:22
“Moldovalı hücumçu Georgi Boqyunun çıxışından razı qaldım. Onun transferinin reallaşması istiqamətində çalışmalar davam edir”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL-ın baş məşqçisi Elxan Abdullayev deyib.
Heyətini tam komplektləşdirə bilməyən “təyyarəçilər” boşluğu doldurmaq üçün transfer çalışmalarını davam etdirir. Bir müddət əvvəl braziliyalı hücumçu ilə anlaşan paytaxt təmsilçisi moldovalı forvardın da keçidini həll etmək niyyətindədir.
Ötən mövsümü vətənində “Milsami-Ursidos” klubunun heyətində keçirən və 30 qol vuran Boqyu ilə hazırda danışıqlar davam etdirilir. Onunla bərabər baxışda olan hollandiyalı müdafiəçi Denis Van der Val isə baş məşqçinin etimadını qazanmayıb.
Ona görə də futbolçu tezliklə vətəninə yola salınacaq. Bununla, transfer çalışmalarını yekunlaşdıracaq “təyyarəçilər” yaxşı mərkəz müdafiəçisi tapa bilmədiyinə təəssüflənir: “Müdafiənin sağ cinahına litvalı futbolçu transfer etdik. Bizə mərkəz müdafiəçisi lazım idi. Söz vermişdilər, amma əməl etmədilər. Məni qane etməyən futbolçunu isə götürməyə dəyməz. Bir sözlə, yaxşı mərkəz müdafiəçisi tapa bilmədik”.
Bu gün Premyer Liqanın IV turu çərçivəsində “Neftçi” ilə qarşılaşacaq AZAL meydana itki ilə çıxa bilər. Baş məşqçi 2 arxa xətt oyunçusunun xidmətindən istifadə edib-etməyəcəyinə oyun ərəfəsində qərar verəcək: “Hazırlıq davam edir. Komanda indi toplanışdadır. Heyətdə zədəli futbolçularımız var. Aqil Nəbiyevlə Usim Ndukanın oynayıb-oynamayacağına həkimlərlə məsləhətləşdikdən sonra qərar verəcəyik. Hər iki futbolçu ancaq fərdi məşq edir”.

0
0