Berti Foqts “Neftçi” və “Xəzər Lənkəran”ı fərqləndirdi
26.08.2011 - 22:07
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Premyer Liqanın IV turu çərçivəsində keçiriləcək oyunlarını izləyəcək. Apasport.az saytının xəbərinə görə, almaniyalı mütəxəssis AZAL – “Neftçi” oyununu, həmçinin “Rəvan” – “Xəzər Lənkəran” qarşılaşmasının ikinci hissəsini (qapıçılar üzrə məşqçi Uli Ştayn bu oyunu bütövlükdə izləyəcək), millinin baş məşqçisinin köməkçisi Olaf Yansen və qapıçılar üzrə məşqçi Faiq Əzizov isə “Qarabağ” – “Qəbələ” matçını seyr edəcək.
0
0