“Çempiona qalib gəldiyimiz üçün çox sevinirəm”
27.08.2011 - 20:57
“Çempiona qalib gəldiyimiz üçün çox sevinirəm”
AZAL klubunun baş məşqçisi Elxan Abdullayev “Neftçi” ilə iyundan sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, gənc çalışdırıcı 3:1 hesablı qələbəyə belə şərh verib: “Premyer Liqanın ən yaxşı komandalarından biri ilə oynadıq. Çempiona qarşı oynamaq çox çətindir. Güclü çempiona qalib gəldiyimiz üçün çox sevinirəm. Futbolçularıma gözəl oyuna və qələbəyə görə təşəkkür edirəm. İnanıram ki, Böyükağa müəllimin rəhbərliyi altında “Neftçi” daha yaxşı yerlərə çatacaq”.