Hüseynov şübhəli qərardan danışmaq istəmədi
27.08.2011 - 23:04
“Çox çətin oyun oldu. Buna baxmayaraq, istədiyimiz nəticəni əldə etdik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun müdafiəçisi Vurğun Hüseynov deyib.
Premyer Liqanın IV turu çərçivəsində baş tutan oyunda “Qarabağ”ı minimal hesabla məğlub edən “Qəbələ” xal hesabını 8-ə yüksəldib. Çətin Ağdam səfərindən 3 xalla dönən əyalət təmsilçisi məğlubiyyətsiz oyunlar seriyasını da davam etdirir.
Matç haqda danışan Hüseynov rəqibin də kifayət qədər güclü olduğunu vurğulayıb: “Qarabağ” çox güclü komandadır. Bu qələbə bizim üçün vacib idi. Həm turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmış olduq, həm də məğlubiyyətsiz oyunlar seriyasını davam etdirmiş olduq. Əla kollektivimiz var”.
Oyunun son dəqiqlərində referi Vüsal Əliyevin “Qəbələ”nin qapısına təyin etdiyi penaltiyə gəldikdə, futbolçu bu haqda danışmaq istəmədiyini bildirib.
Qeyd edək ki, hakim matçın ikinci hissəsinə əlavə etdiyi vaxtda “Qəbələ”nin qapısına penalti təyin etsədə, Pavel Dorosev Georgi Adamiyanın zərbəsini dəf etməyi bacardı.

0
0