Mirça Rednik: Onu yenə meydana buraxmaq üçün min ölçüb, bir biçəcəm
27.08.2011 - 23:34
“Məyusam, yaxşı oynamadıq. Hesabı oyuna görə normal hesab edirəm”. Apasport.az saytının xəbərinə görə, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik deyib.
Premyer Liqanın IV turunda “Rəvan”ın qonağı olan “ağ-yaşıllar” meydandan 1 xalla ayrıldı – 1:1. Görüşdən sonra təşkil olunan mətbuat konfransında rumıniyalı çalışdırıcı bildirib ki, futbolçularının bütün komandalara ciddi yanaşmasını istəyir: “Rəqibilk hissədə daha yaxşı oynadı, pressinq tətbiq etdi. Komandamız isə yorğun görünürdü, ötürmələrdə səhvlər var idi, xüsusən də yarımmüdafiədə. Futbolçularımızın bütün komandalara qarşı ciddi yanaşmalarını istəyirəm.
Sanki, 3 ardıcıl qələbədən sonra komandada arxayınlıq yaranmışdı. Bəlkə də komanda artıq "Neftçi" ilə oyunu düşünür. "Rəvan" yaxşı oyun göstərdi, 1 xal qazandığımız üçün bəxtimiz gətirdi. Elnur Abdullayevə özünü göstərməsi üçün dörd oyundur ki, şans verirəm.
Gələn dəfə onu meydana buraxmaq üçün min ölçüb, bir biçəcəm".

0
0