Premyer Liqanın debütantı üçün yeni müdafiəçi
01.09.2011 - 08:37
Premyer Liqanın debütantı üçün yeni müdafiəçi
Azərbaycan Premyer Liqasının debütantı “Sumqayıt Şəhər” növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, Rusiyanın “Anji” klubunun əvəzedici komandasının kapitanı Bədavi Hüseynov karyerasını “Gənclik şəhəri” təmsilçisində çıxış edəcək. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının 20 yaşlı üzvü mövsümün sonuna qədər “Sumqayıt Şəhər” klubunda oynayacaq. Müdafiəçi yeni komandasında icarə əsasında çıxış edəcək.