Yığmamız seçmə mərhələyə futbolun vətənində start verir
01.09.2011 - 17:55
Bu gün Azərbaycan milli komandası (U-21) növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, Bernard Lippertin yetirmələri yığmamız üçün növbəti olan Avropa çempionatında ilk matçına çıxacaq. Avro-2013 yolunda starta çıxan millimiz İngiltərə yığmasının qonağı olacaq. Futbolun yaradıcıları ilə Uotford şəhərində görüşəcək komandamız 5 gün sonra Belçika ilə səfər matçı ərəfəsində Böyük Britaniyadan ən azı yaxşı əhval-ruhiyyə ilə ayrılmalıdır. Almaniyalı mütəxəssisin yetirmələrinin qrupun favoritindən xal alması inandırıcı görünməsə də gənc futbolçularımız möcüzə üçün əllərindən gələni əsirgəməməlidir. Hər halda bir neçə il əvvəl digər Britaniya təmsilçisi Şotlandiya ilə səfər matçında sensasion heç-heçəyə (2:2) imza atan yığmamız həmin qəhrəmanlığını təkrarlaya bilər. Futbolçularımız üçün ən böyük stimul da o ola bilər ki, həmin uğurlu oyundan sonra İngiltərə “Everton”u futbolçumuzu – Araz Abdullayevi transfer etmişdi. İngilis futbolunun əfsanəsi Stüart Pirsin yetirmələri isə Belçika, Norveç və İslandiyanın da çıxış etdiyi 8-ci seçmə qrupuna qələbə ilə başlamaq niyyətindədir.
Qeyd edək ki, daha bir oyun bu gün keçiriləcək. Bakı vaxtı ilə saat 22:00-da İslandiya və Belçika futbolçuları meydana çıxacaq.
Avro-2013-ün seçmə mərhələsi
VIII qrup
23:30. İNGİLTƏRƏ – AZƏRBAYCAN
Baş hakim: Domaqoy Vuçkov (Xorvatiya)
Uotford. “Vikareyc Road” stadionu
Qeyd edək ki, daha bir oyun bu gün keçiriləcək. Bakı vaxtı ilə saat 22:00-da İslandiya və Belçika futbolçuları meydana çıxacaq.
Avro-2013-ün seçmə mərhələsi
VIII qrup
23:30. İNGİLTƏRƏ – AZƏRBAYCAN
Baş hakim: Domaqoy Vuçkov (Xorvatiya)
Uotford. “Vikareyc Road” stadionu
0
0