“Azərbaycanla oyundan sonra “kaput” olmuşdum”
01.09.2011 - 09:43
“Futbol izləmədiyim yalnız 1 həftə olub. Ən azı 1 belə hal xatırlayıram”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə milli komandasının baş məşqçisi Qus Hiddink deyib.
Hollandiyalı mütəxəssis Avro-2012-nin seçmə mərhələsinin ötən ilki qarşılaşmasında Bakıda Azərbaycan yığmasından aldıqları məğlubiyyəti hələ də unuda bilmir: “Həmin 1 həftə Azərbaycana məğlubiyyətdən sonra yaşandı. Rəsmən ölü kimi idim. “Kaput” olmuşdum. Həmin həftə 1 oyun belə izləyə bilmədim. Medianın hamısı olmasa da bir qismi haqqımda yazmağa başladı ki, oyun izləmirəm. Bu mənə çox qəribə gəldi. Belə yanaşmanı dərk edə bilmirdim”.

0
0