İngiltərə yığmasının əfsanəsi millimizin məşqində
01.09.2011 - 10:20
Bu gün Azərbaycan milli komandası avro-2012-nin seçmə mərhələsinin növbəti mtçı ərəfəsində açıq məşqi keçirilib. Apasport.az saytının məlumatına görə, Belşika ilə qarşılaşma ərəfəsində yığmamızı dəstəkləməyə təkcə media nümayəndələri deyil, qonaqlar da təşrif buyurub. Onlar arasında ingiltərə yığmasının əfsanələrindən olan Qari Stivens də olub. “Qəbələ” klubunda digər britaniyalı əfsanə Toni Adamsın köməkçisi olan Stivens millinin hazırlığını izləyib. 1982-88-ci illərdə “Everton”, 1988-1994-cü illərdə “Reyncers” kimi klublarda oynamış 48 yaşlı veteran Bakıda olmasından istifadə edib Tofiq Bəhramov adına Respublika stadionuna baş çəkib. 1985-1992-ci illərdə İngiltərə yığmasında 45 oyun keçirən əfsanəvi müdafiəçi Azərbaycan paytaxtına “Pro” kateqoriyası almaq üçün imtahan verməyə gəlib. Elə onun Berti Foqts kimi tanınmış mütəxəssisin rəhbərlik etdiyi məşq onun üçün imtahan öncəısi təcrübə xarakteri daşıyır.
0
0