Azərbaycan klubuna yox, BATE-yə keçdi
01.09.2011 - 23:02
Azərbaycan klubuna təklif olunan məşhur futbolçunun yeni komandası müəyyənləşib. Apasport.az saytının məlumatına görə, serbiyalı hücumçu Matey Kejman karyerasını keçmiş sovet ölkəsində davam etdirəcək.
Futbolçu Belarusun ən güclü klubu BATE ilə münasibətləri rəsmiləşdirib. Bununla da məşhur futbolçunun Azərbaycan çempionatında oynamaq perspektivinə son qoyulub.
Qeyd edək ki, Azərbaycan klubunun maraq dairəsində olmuş Kejman “Çelsi” (İngiltərə), “Atletiko” (İspaniya), “Fənərbağça” (Türkiyə) kimi məşhur klubların da formasını geyinib. Kejman çətin vəziyyətdə, “Fənər”ə kömək etməyə hazır olduğunu deyən gün BATE-yə keçib.
32 yaşlı futbolçu Serbiya-Çernaqoriya yığmasındakı fəaliyyəti 2006-cı ildə başa çatıb.

0
0