“Kəpəz” Gürcüstanda axtarışdadır
01.09.2011 - 23:04
Premyer Liqanın 4-cü turunda səfərdə “Bakı”nı məğlubiyyətə uğradan “Kəpəz”də istirahət başa çatıb. Apasport.az saytının məlumatına görə, komanda dünəndən etibarən hazırlığa start verib.
Çempionatda yaranan fasilədən istifadə edib vətəninə yollanan oyunçuların əksəriyyəti düşərgəyə qayıdıb. Yalnız Anton Qayın icazə müddəti bu gün başa çatacaq. Hələlik gündə bir dəfə məşq edən komanda qarşıdakı günlərdə hazırlığı daha da intensivləşdirəcək.
Komanda sentyabrın 6-da yoxlama görüşündə qüvvəsini sınamağı planlaşdırır. Rəqib yerli və əcnəbi klub ola bilər. Belə ki, Gəncə təmsilçisi Gürcüstan klubları ilə də danışıqlara başlayıb. Əgər nəzərdə tutulan klublar yoxlama görüşünə razılıq versələr, “Kəpəz” sentyabrın 5-də Gürcüstana yola düşəcək.
Qeyd edək ki, bu komanda 5-ci turda doğma meydançada AZAL-ı qəbul edəcək.

0
0