Respublika stadionu oktyabrın 1-də bağlanacaq
01.09.2011 - 23:07
“Respublika stadionu Avropa çempionatının seçmə oyunlarına son dərəcə yaxşı hazırlaşır. Biz Belçika və Qazaxıstan millilərini yüksək səviyyədə qarşılayacağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında seçmə oyunların keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov deyib.
O bildirib ki, bu oyunlardan sonra Respublika stadionunda aparılan abadlıq və yenidənqurma işləri daha da sürətlənəcək: “Seçmə oyunlara görə, biz işləri tam sürəti ilə aparmırıq. Həmin qarşılaşmalardan sonra işlər daha da intensivləşəcək və nəzərdə tutduğumuz bütün planları həyata keçirəcəyik”.
Direktor oktyabrın 1-də stadionunun oyunlara və məşqlərə ümumiyyətlə açıq olmayacağına işarə vurub: “Sentyabrın 23-nə qədər stadionumuzda oyunların keçiriləcəyi dəqiqdir. Ola bilsin ki, bundan sonra oyunları qəbul etməyək. Bəlkə də, stadion oktyabrın 1-də fəaliyyətini ümumiyyətlə dondurdu. Hər şey gnclər və idman naziri Azad Rəhimovun qərarından asılı olacaq”.

0
0