Yığmamız daha bir iddialını büdrətdi - YENİLƏNİB
02.09.2011 - 21:54
Yığmamız daha bir iddialını büdrətdi - YENİLƏNİB
Bu gün Avro-2012-nin seçmə mərhələsində növbəti oyunlar keçirilir. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası tsikldə 7-ci qarşılaşmasını Belçikaya qarşı keçirib. Əvvəlki 6 matçdan 4-nü səfərdə keçirən Berti Foqtsun yetirmələri 3-cü dəfə doğma publika önünə çıxmaqla yenə bundan yararlanıb.

Qrupdakı yeganə qələbəsini ötən il Respublika stadionunda qazanan millimiz Türkiyənin ardından 2-ci yerə iddialı digər yığma Belçikanı da xal itkisinə məruz qoyub. Düzdür, belçikalılar mübahisəli penalti sayəsində hesabda irəli çıxmağı bacarmışdı. Lakin baş məşqçi Beri Foqtsun cəsarətli addımları oyunda dönüş yaratmağa imkan verib. Meydandakı tək hücumçu Rauf Əliyevin yanına sonradan daha 2 ön xətt oyunçusu – Elşən Məmmədovla Branimir Subaşiçi də döyüşə atdı. Komandamıza bərabərlik qolunu isə Raufun özü vurdu.

Almaniya istisna olmaqla bu seçmə mərhələdə evdə heç kimə uduzmayan yığmamız 2-ci dəfə meydanı xalla tərk etdi. Növbədə isə 5-ci yer uğrunda rəqibimiz Qazaxıstan və 4-cülük arzumuzun əsas maneəsi Avstriyadır. Millimiz həm də Türkiyə ilə matçdan sonrakı 6 oyunluq məğlubiyyət seriyasını qırmağa müvəffəq oldu.


Avro-2012-nin seçmə mərhələsi

A qrupu
2 sentyabr
21:00. AZƏRBAYCAN – BELÇİKA - 1:1
QOL: Simons, 55-p, Rauf Əliyev, 86
SARI VƏRƏQƏLƏR: Kompani, 30, Fellaini, 41, Nəbiyev, 55, Allahverdiyev, 69, Lomberts, 77, Məmmədov, 82
Azərbaycan: 1. Kamran Ağayev, 4. Mahir Şükürov, 5. Elnur Allahverdiyev, 7. Vaqif Cavadov, 8. Aleksandr Çertoqanov (10. Branimir Subaşiç, 83), 11. Rauf Əliyev, 13. Vurğun Hüseynov, 14. Rəşad Sadıqov (k), 15. Ruslan Abışov (19. Rahid Əmirquliyev, 65), 16. Aqil Nəbiyev, 22. Əfran İsmayılov.(21. Elşən Məmmədov, 58)
Ehtiyat oyunçular: 23. Andrey Popoviç, 2. Rail Məlikov, 3. Saşa Yunisoğlu, 6. Rəşad Sadiqov.
Baş məşqçi: Berti Foqts.
Belçika: 1. Simon Minyolet, 2. Tobi Alderveyreld, 3. Yan Vertongen, 4. Vinsent Kompani (k), 5. Nikolas Lomberts, 6. Timmi Simons, 7. Eden Hazard, 8. Maruan Fellaini, 9. Romelu Lukaku (14. İqor De Kamarqo, 61) . 10. Aksel Vitsel, 11. Dries Mertens.
Ehtiyat oyunçular: 12. Jan-Fransua Jile, 13. Laurent Kiman, 15. David Hubert, 17. Yelle Vossen, 19. Vadis Odjidja, 20. Yelle Van Damm.
Baş məşqçi: Jorj Leeken.
Baş hakim: Li Probert
Hakim köməkçiləri: Simon Bek, David Riçardson
Ehtiyat hakim: Maykl Lesli Din (hamısı İngiltərə)
Hakim-inspektor: Jan Fasunq (Avstriya)
UEFA nümayəndəsi: İvan Lekov (Bolqarıstan)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

1.Oyun başladı. İlk zərbə qonaqlardan gəldi. Ağayev yerindədir.
3. Daha bir hücum zamanı isə müdafiəçilərimiz sayıq oynadılar.
8. Vaqif Cavadovun zərbəsində dəqiqlik çatmadı.
11. Qonaqlar az qala hesabı açacaqdı. Əvvəl Vitsel, sonra Lukaku təhlükəli zərbə endisə də Kamran və müdafiəçilərimiz növbə ilə xilaskar oldu.
20. Sadıqovun kobud səhvindən sonra bəxtimiz gətirdi. Topa yiyələnən Mertensin ötürməsindən sonra Lukakunun qol vurmasına Aqil Nəbiyev mane oldu.
30. Raufun qarşısını kobudluqla alan Kompani sarı vərəqə ilə cəzalandı. Rəşadın güclü cərimə zərbəsindən sonra Minyole komandasımı xilas etdi.
33. 3 dəqiqə sonra isə Kamran xilaskar oldu. Vitselin zərbəsini dəf etdi.
41. Raufun fərqlənməsinə müdafiəçilər imkan vermədi.
42. Fellaini sarı vərəqə ilə cəzalandı.
45. Komandalar fasiləyə qolsuz bərabərliklə yollandı.

46. İkinci hissə başladı.
47. İlk təhlükə yığmamızdan gəldi. Vaqifin ötürməsindən sonra Raufun baş zərbəsində dəqiqlik çatmadı.
53. Rəşadın Hazarda qarşı kobudluğu penalti ilə nəticələndi. Aqil isə hakimlə mübahisəyə görə sarı vərəqə aldı.
55. Simons 11 metrlik nöqtədən dəqiq olaraq hesabı açdı - 1:0
57. İkinci qolun vurulmasına Kamran imkan vermədi.
58. Foqts oyunda dönüş yaratmaq üçün Elşən Məmmədovu da meydana buraxdı. Artıq komandamız 2 hücumçu ilə mübarizə aprır.
63. Rahid Əmirquliyev də döyüşə atılır.
69. Allahverdiyev də hesabına sarı vərəqə yazdı.
73. Fellaini effektli zərbə ilə fərqi artırmaq istəsə də bu ona müyəssər olmadı.
77. Lomberts sarı vərəqə ilə cəzalandı.
83. Foqts 3-cü hücumçu - Subaşiçi də meydana buraxdı.
86. Mahir Şükürovun ötürməsindən sonra Rauf bərabərlik qolunu vurdu. Onun baş zərbəsi Belçikanı şoka salıb tribunaları ayağa qaldırdı.
90. 2-ci hissəyə 4 dəqiqə əlavə olundu.
90+4. Hakimin final fiti – 1:1. Bu da Foqtslu yığmamızın növbəti – seçmə mərhələdəki 4-cü xalı. Artıq 6-cı yerdən 1 xal öndə, 4-cü pillədən cəmi 3 xal geridəyik.