Əvvəl İtaliyada, indi İngiltərədə
02.09.2011 - 17:37
Əvvəl İtaliyada, indi İngiltərədə
Azərbaycan milli komandası (U-21) öz antirekordunu təkrarlayıb. Apasport.az saytının məlumatına görə, Avro-2013-üm seçmə mərhələsindəki ilk oyununda İngiltərəyə 0:6 hesabı ilə uduzan yığmamız tarixinin rəsmi matçlardakı ən ağır məğlubiyyətini alıb.

1994-cü ildən başlayaraq qitə birinciliklərinin seçmə mərhələlərində çıxış edən komandamız keçirdiyi 67 qarşılaşmada 2-ci dəfə 6 top fərqinə üzülüb. İngiltərəyə qədər komandamızı İtaliya yığması belə acınacaqlı duruma salmışdı.

Bu, 8 il əvvəl baş vermişdi. Avro-2004-ün 2003-cü il oktyabrın 10-da baş tutan görüşündə İtaliya futbolçuları qonaq qismində meydana çıxan futbolçularımızı Apennin yarımadasına yollanmağa peşman etmişdi – 6:0.