“Barselona” azarkeşlərinin bir qismindən imtina edir
02.09.2011 - 17:08
“Barselona” azarkeşlərinin bir qismindən imtina edir
Dünyanın ən çox sevilən klublarından biri olan İspaniyanın “Barselona” komandası sürpriz qərar verməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, demək olar ki, dolu tribunalar önündə oynamağa adət edən kataloniyalılar azarkeşlərinin bir qisminə arxa çevirmək niyyətindədir.

Belə ki, tərəfdar sarıdan korluq çəkməyən “Barsa” siqaret çəkən fanatları ilə vidalaşmaq fikrinə düşüb. Klub rəsmisi Toni Freyks “Nou Kamp” stadionunda siqaret çəkməyin qadağan olunacağını bildirib. Onun sözlərinə görə, məsələ ilə bağlı müzakirələr sentyabrın 24-də başa çatacaq və yekun qərar veriləcək. Qərarın qəbul olunacağı halda siqaret çəkən “Barselona” azarkeşləri stadiona getməklə pis vərdiş arasında seçim etməli olacaq.