“Bakı”nın futbolçuları yenə darmadağın oldular
02.09.2011 - 21:35
“Bakı”nın futbolçuları yenə darmadağın oldular
Avro-2012-nin seçmə mərhələsində keçirilən Finlandiya – Moldova oyunu başa çatıb. Apasport.az saytının məlumatına görə, bu qarşılaşmada Azərbaycan Premyer Liqasında çıxış edən 2 futbolçu çıxış edib. Bunlar Moldova millisinin heyətində meydana çıxan Aleksey Savinovla Vadim Borets olub.

Lakin “Bakı” klubunun üzvləri meydana çıxmağa peşman olublar. Skandinaviyalılar qonaqları 4:1 hesabı ilə darmadağın ediblər. “Bakı”nın üzvləri 90 dəqiqə boyu darmadağının iştirakçısı olublar.

Qeyd edək ki, Boretslə Savinovun komandası cəmi 1 həftə əvvəl Azərbaycan çempionatının “Kəpəz”lə qarşılaşmasında da darmadağın yaşamışdı – 0:3.