Paytaxt klubunun legioneri Kaunas biabırçılığına üzüldü
02.09.2011 - 21:45
Avro-2012-nin seçmə mərhələsinin Litva – Lixtenşteyn qarşılaşması başa çatıb. Apasport.az saytının məlumatına görə, Kaunasdakı qarşılaşmada qolsuz heç-heçə qeydə alınıb. Litva millisi cırtdan ölkə təmsilçisini uda bilməməyin biabırçılığını yaşayıb.
Meydan sahiblərinin heyətində “Bakı” klubunun üzvü Deyvidas Çesnauskas da oynayıb. O, 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, lixtenşteynlilər Azərbaycan yığmasını da 2 dəfə biabır edib: bir dəfə Vadutsda 2:1 hesabı ilə qalib gəlməklə, bir dəfə isə Bakıdan qolsuz heç-heçə ilə dönməklə.

0
0