Vəli Qasımov: Komanda şəklində mübarizə apardıq
02.09.2011 - 22:27
Vəli Qasımov: Komanda şəklində mübarizə apardıq
“Belçika ilə oyunumuz çətin oldu. Rəqib də çox güclü idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının məşqçisi Vəli Qasımov deyib.

Avro-2012-nin seçmə mərhələsinin Belçika ilə qarşılaşmasından (1:1) sonra baş məşqçi Berti Foqts mətbuat konfransına köməkçisini yollayıb. 43 yaşlı mütəxəssis oyun və hakimlik haqda danışıb: “Müdafiədən oynayıb əks hücumlara bel bağladıq. Uzaqda olduğumuza görə penalti epizodunu yaxşı görə bilmədik. Hakim daha yaxında idi. İdarəçiliklə bağlı heç nə demək istəmirəm. Futbolçular haqda da konkret ad çəkmək istəmirəm. Komanda şəklində mübarizə apardıq”.