İqor Mitreski və Robert Petrov baş məşqçiyə lazım olmadı
02.09.2011 - 23:06
Aveo-2012-nin seçmə mərhələsinin Rusiya – Makedoniya qarşılaşması başa çatıb. Apasport.az saytının məlumatına görə, meydan sahibləri bu matçda 1:0 hesabı ilə qalib gəlib.
Makedoniyalıların heyətində isə Azərbaycan klublarının 2 üzvü olub. Bunlar “Neftçi”nin müdafiəçisi İqor Mitreski və AZAL-ın arxa xətt oyunçusu Robert Petrovdur. Hər 2 futbolçu “18-liy”ə düşsə də meydana çıxmayıblar. Onlar komandalarının məğlubiyyətini eyni – ehtiyat oyunçular skamyasından izləyiblər. Baş məşqçi Con Toşak onları meydana buraxmağı lazım bilməyib.
Qeyd edək ki, Petrov Azərbaycanda Bolqarıstan vətəndaşı kimi tanınsa da ikili vətəndaşlıq daşıyır və Makedoniya yığmasının şərəfini qoruyur.

0
0