Bizimkilər Tiflisdə də sevindi
02.09.2011 - 23:18
Bizimkilər Tiflisdə də sevindi
Avro-2012-nin seçmə mərhələsinin Gürcüstan – Latviya matçı başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan klublarının üzvlərinin yer aldığı qonaq komanda Tiflisdə 1:0 hesabına sevinib.

“Bakı”nın baş məşqçisi Aleksandr Starkovun çalışdırdığı Latviya yığmasının sevincində onun klubdakı yetirmələrinin də payı olub. Denis İvanov bu görüşdə 90, Maris Verpakovskis isə 77 dəqiqə meydanda olub. Maris sarı vərəqə ilə də cəzalanıb. “Qəbələ”nin qapıçısı Pavel Doroşev isə “18-liy”ə düşsə də qələbəni ehtiyat oyunçular skamyasında qeyd edib.