Rövnəq Abdullayev milli üzvləri ilə görüşüb
03.09.2011 - 08:50
Rövnəq Abdullayev milli üzvləri ilə görüşüb
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş Azərbaycan – Belçika oyunundan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev millimizin üzvləri ilə görüşüb. Apasport.az saytının məlumatına förə, futbolçularımızın güclü rəqibə qarşı əzmkar mübarizə apardığını qeyd edən AFFA prezidenti, qarşıdakı oyunlarda da millimizə uğurlar arzulayıb.

Qeyd edək ki, Azərbaycan - Belçika oyunu 1:1 hesabı ilə başa çatıb.

Mənbə: affa.az