Admir Teli cəzalandı
03.09.2011 - 10:42
Admir Teli cəzalandı
Avro-2012-nin seçmə mərhələsində keçirilən Albaniya – Fransa matçında Azərbaycan Premyer Liqasında çıxış edən 3 futbolçu iştirak edib. Apasport.az saytının məlumatına görə, meydan sahiblərinin 1:2 hesablı məğlubiyyətinə “Qarabağ”ın 2, AZAL-ın 1 futbolçusu üzülüb.

Hər 3 legionerimizin start heyətində meydana çıxdığı görüşdə “Qarabağ”lı Admir Teli sarı vərəqə ilə də cəzalanıb. Həm o, həm də klubdakı komanda yoldaşı Ansi Aqolli matçı əvəzolunmadan keçiriblər. AZAL-ın üzvü Ervin Bullku isə 70-ci dəqiqədə əvəzlənib.