Elnur Allahverdiyev Qazaxıstanla oyuna buraxılmayacaq
03.09.2011 - 10:52
Azərbaycan milli komandasının futbolçusu Elnur Allahverdiyev cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, Avro-2012-nin Belçika ilə seçmə oyununda sarı vərəqə alan müdafiəçi növbəti qarşılaşmanı buraxmalı olacaq. Buna Elnurun cəzalı duruma düşməsi səbəb olub. Belə ki, Avstriya ilə ötən ilki qarşılaşmada da cəzalanan arxa xətt oyunçusu 2-ci dəfə xəbərdarlıq aldığı üçün Qazaxıstanla sentyabrın 6-dakı görüşü buraxacaq.
0
0