“Qol buraxandan sonra toparlana bildik”
03.09.2011 - 11:52
“Qol buraxandan sonra toparlana bildik”
«Oyunda 0:1 hesabı ilə geridə idik. Amma sonradan toparlana bildik. Rəqibə ciddi müqavimət göstərdik və zəhmətimizin bəhrəsini görüb sonda qol vurduq”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Elşən Məmmədov verib.

Avro-2012-nin seçmə qrup mərhələsində Bakıda Belçika yığması ilə bərabərliyə qalan (1:1) yığmamızın hücumçusu qarşılaşma haqda fikirlərini açıqlayıb. O, sentyabrın 6-da paytaxtda keçiriləcək Qazaxıstanla matçda qalib gəlmək niyyətində olduqlarını gizlətməyib: “Belçika komandası Qazaxıstan millisi ilə müqayisədə daha güclüdür. Ona görə bu gün müdafiəyə meylli futbol nümayiş etdirdik. Amma qazaxlarla görüşdə daha fəal olacağıq. Çalışacağıq ki, qalib gəlməklə xalqımızı sevinirək”.