Aqil Nəbiyev: Biz Belçika ilə matçda qalib də gələ bilərdik
03.09.2011 - 12:07
Aqil Nəbiyev: Biz Belçika ilə matçda qalib də gələ bilərdik
“Görüş gərgin keçdi. Deyərdim ki, nəticə oyuna görə oldu”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Aqil Nəbiyev deyib.

Avro-2102-nin seçmə qrup mərhələsi çərçivəsində Bakıda Belçika yığması ilə heç-heçə edən yığmamız növbəti matçlara daha yüksək ruhda çıxacaq. Təcrübəli yarımmüdafiəçinin fikrincə, Azərbaycan millisi qələbə də qazana bilərdi: “Komandamız bu gün əzmkar oyun göstərdi. Biz qalib də ola bilərdik. 90 dəqiqədə nümayiş etdirdiyimiz futbol bunu deyir”.

Nəbiyev penalti epizoduna da toxunub: “Mən həmin epizoda yaxın, hakim isə uzaq idi. Orada penaltidən söhbət gedə bilməzdi. Buna etiraz etdiyim üçün, hakim mənə sarı vərəqə göstərdi”.