Azərbaycan klubu “Brügge” ilə əməkdaşlığa başladı
03.09.2011 - 12:11
Azərbaycan klubu “Brügge” ilə əməkdaşlığa başladı
Ağdamın “Qarabağ” klubu Avropanın daha bir Avropa təmsilçisi ilə əməkdaşlığa başlayıb. Apasport.az saytının məlumatına görə, Hollandiyanın “Tvente” və Almaniyanın “Borussiya” klubları ilə müqaviləsi qüvvədə olan klub indi də “Brügge”dən yararlanmaq niyyətindədir.

Qurban Qurbanovun başçılıq etdiyi komanda 3-cü təsnifat mərhələsində iki oyunun nəticəsinə görə, məhz “Brügge”yə uduzaraq Avropa Liqasında mübarizəni dayandırıb. Səfərdə rəqibinə 1:4 hesabı ilə uduzan Ağdam təmsilçisi doğma meydançada 1-0 hesabı ilə qələbə qazansa da, bu heç nəyi dəyişməyib.

Bu yaxınlarda “Brügge” və “Qarabağ” klubunun rəhbərliyi arasında görüş keçirilib. Görüşdə qarşıdakı illərdə əməkdaşlıq etmək barədə razılıq əldə olunub. Hətta yay və ya qış fasiləsi zamanı iki klub arasında yoxlama görüşlərinin keçirilməsi də mümkündür.