“Borussiya” Azərbaycana gəlir
03.09.2011 - 12:13
Sonuncu Almaniya çempionu Dortmund “Borussiya”sının nümayəndələrinin Azərbaycana gəlmək perspektivləri var. Apasport.az saytının məlumatına görə, bu, Ağdamın “Qarabağ” klubunun dəvətinə əsasən reallaşacaq.
Belə ki, sabah “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və klubun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Anar Məmmədov “Borussiya” klubunun dəvətinə əsasən Almaniyanın Dortmund şəhərinə yollanacaqlar. Qurban Qurbanov bu komandanın məşqlərini izləyəcəyi təqdirdə, Məmmədov beynəlxalq əlaqələrin gücləndirilməsi yönündə işlər həyata keçirəcək. Məmmədov saytımıza açıqlamasında bildirib ki, Borussiya rəhbərliyini Azərbaycana dəvət edəcək: “Biz “Borussiya” klubu ilə əməkdaşlığa başlamışıq. Bu işdə ilk addımı alman klubu atıb. Belə ki, Qurban Qurbanovun səfərə yollanması “Borussiya”nın dəvəti sayəsində reallaşır. Biz öz növbəmizdə onları Azərbaycana dəvət edəcəyik. Almanlar qısa müddətdən sonra Azərbaycana gəlib bizim futbol akademiyamızın və əsas komandanın fəaliyyət prinsipi ilə tanış olacaqlar”.
Qeyd edək ki, Ağdamın “Qarabağ” klubu ötən il məhz “Borussiya”ya uduzaraq, Avropa Liqasında mübarizəni dayandırıb. Məhz ondan bəri bu komandalar arasında əməkdaşlıq meydana gəlib.

0
0