Azərbaycan klublarının prezidentləri bir arada
03.09.2011 - 12:30
Azərbaycan Gənclər və İdman Nazirliyi Tofiq Bəhramov adına Respublika Stadionunun 60 illik yubileyini keçirməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, nazir Azad Rəhimov sentyabrın 16-na təyin olunan tədbirin təşkilini arenanın direktoru Akif İsmayılova həvalə edib.
İlk planda yubileyi qeyd etmək üçün böyük bayram şənliyi nəzərdə tutulsa da, sonradan bunun ləğvinə qərar verilib. Belə ki, mərkəzi arenada aparılan geniş tərkibli təmir və yenidənqurma işləri ilə əlaqədar olaraq planın üzərindən xətt çəkilib.
Əvəzində Respublika Stadionunun yaranmasının 60 illiyi Bakıdakı restoranların və ya banket zallarının birində qeyd olunacaq. Tədbirə 70 nəfərin dəvəti nəzərdə tutulub ki, bunlar arasında klub prezidentləri də olacaq. Məlumata görə, aparıcı klubların prezidentləri bu tədbirdə iştirak edəcəklər.
Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 60 illik yubileylə əlaqədar olaraq, arenada əsaslı yenidən qurma işlərinin aparılması barədə sərəncam imzalayıb.

0
0