Vaqif Cavadovu bəyənən məşqçi istefaya hazırlaşır
04.09.2011 - 16:06
Vaqif Cavadovu bəyənən məşqçi istefaya hazırlaşır
İngiltərənin “Nottinhem Forest” klubu baş məşqçisiz qala bilər. Apasport.az saytının məlumatına görə, buna Stiv Maklarenin istefa verməyə hazırlaşması səbəb olacaq. Belə ki, ingilis mütəxəssis klub rəhbərliyinin transfer siyasətindən narahat olduğunu , bu üzdən istefa haqda götür-qoy etdiyini açıqlayıb. Rəhbərliklə klubun qarşıdakı planları haqda ətraflı söhbət etdikdən sonra qərar verəcək Maklaren vaxtilə İngiltərə yığması, “Tvente”, “Volfsburq” kimi klubları çalışdırıb. Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov məhz onun bəyənməsindən sonra “Tvente”yə transfer olunmuşdu.

Qeyd edək ki, Maklaren hələlik tutduğu posta iyun ayında təyin olunub.