Qurban Qurbanov Azərbaycanı tərk etdi
04.09.2011 - 17:29
“Qarabağ” ın baş məşqçisi Qurban Qurbanov bu gün Almaniyaya yola düşüb. Apasport.az-ın xəbərinə görə, 39 yaşlı çalışdırıcı Dortmund “Borussiya”sının düşərgəsində təcrübə mübadiləsi keçəcək.
“Qarabağ” ın baş məşqçisi Almaniya çempionun məşqlərini izləyəcək, infrastrukturuyla tanış olacaq. Qurbanovun “sarı-qara”ların baş məşqçisi Yurgen Kloppla görüşü də nəzərdə tutulub. Həmyerlimizi klubumuzun əməkdaşı Anar Məmmədli müşayiət edir.
Qurbanpv Almaniyada sentyabrın 10-na qədər qalacaq. Sentyabrın 11-də vətənə dönəcək çalışdırıcının həmin gün Premyer Liqa çərçivəsində baş tutacaq “Sumqayıt Şəhər”lə oyuna yetişəcəyi gözlənilir.
Mənbə: qarabagh.com

0
0