Futbolun ən varlıları
04.09.2011 - 19:10
Avropanın ən zəngin klublarının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Nike.Infographics-ın araşdırmalarına əsasən İngiltərənin “Mançester Yunayted” klubu qitənin ən böyük büdcəyə malik komandasıdır. Onların büdcəsi 439,8 milyon avroya bərabərdir. İspaniya nəhəngləri “Real” və “Barselona” ingilislərdən geri qalır: müvafiq olaraq 438,6 və 398,1 milyon avro.
Almaniyanın ən varlı klubu “Bavariya” 323, İtaliyanın ən zəngini olan “Milan” 235,8 milyonluq büdcəsi ilə öyünə bilər. İtaliya “İnter”i 224,8, Fransa təmsilçiləri “Lion” 146,1 və “Marsel” 141,1 milyon avro ilə öz ölkələrinin varlıları sırasındadır.

0
0