Ağayev üçün xal itkisi
04.09.2011 - 20:50
Ağayev üçün xal itkisi
Rusiya çempionatının II divizionunun Cənub zonasında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının sabiq futbolçusu Emin Ağayevin baş məşqçisi olduğu “Daqdizel” ev oyununda “Energiya” ilə görüşüb. Kaspiysk təmsilçisi doğma meydan amilindən yararlana bilməyib. Həmyerlimizin komandası 1 xalla kifayətlənməli olub – 0:0.

Qeyd edək ki, Ağayevin komandası 18 oyundan 23 xalla 8-ci pillədə qərarlaşıb. Kaspiysklilər növbəti oyununu sentyabrın 11-də səfərdə “Beslan-TAYUR”a qarşı keçirəcək.