“Bakı” da qol vurarmış
05.09.2011 - 08:18
“Bakı” da qol vurarmış
Milli komandaların rəsmi oyunlar keçirməsi ilə bağlı yaranan fasilədən istifadə edən “Bakı” klubu yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Bədən Tərbiyəsi və İdman Akademiyasının meydanında özünün əvəzedici komandası ilə qarşılaşıb.

Cari mövsümün startından keçirdiyi 4 oyunda qol da vura bilməyən “Bakı” gücünü əvəzedicilərinə göstərib. Belə ki, əsas komandanın üstünlüyü şəraitində keçən oyun 4:0 hesabı ilə A komandanın xeyrinə yekunlaşıb. Birinci hissədə Nurlan Novruzovun qolu ilə irəli keçən “Bakı” ikinci hissədə daha 3 qol vurub. Fasilədən sonra “Bakı” yenə də Nurlan Novruzov və 2 dəfə Emin Cəfərquliyev fərqlənib.

Mənbə: fcbaku.com