Azərbaycan çempionu üçün tanış transfer
05.09.2011 - 08:58
Azərbaycan çempionatında çıxış etmiş ilk makedoniyalılardan biri olan Zoran Baldovaliyev özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, “MKT-Araz”dakı çıxışları ilə bizə tanış olan və həmin vaxtlar ölkəsinin U-21 yığmasına cəlb olunan hücumçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. Belə ki, o, “Nacran” klubuna keçib. 28 yaşlı futbolçu ilə komanda arasında 1+1 il sistemi ilə müqavilə imzalanıb. Həmin klubu isə “Bakı” ilə Azərbaycan çempionu olmuş, sonradan “Simurq”u da çalışdırmış Qyoko Hacıyevski çalışdırır. Makedoniyalı mütəxəssisin yeni klubuna transfer etdiyi ilk həmyerlisi də məhz Zoran olub.
0
0