“Qazaxıstanla qarşılaşma mənim üçün ən vacib oyundur”
05.09.2011 - 15:22
“Düzdür, Belçika ilə oyunda zəif oynadım. Burada həyəcandan söhbət gedə bilməz. Həm də yığma komanda səviyyəsində daha güclü rəqiblərlə qarşılaşırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının və “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov deyib.
Belçika ilə oyunda ilk dəqiqlərdən meydana çıxan futbolçu ikinci hissədə əvəzlənməli oldu. Klubdakı oyununu yığmada nümayiş etdirə bilməməsi ilə razılaşan İsmayılov Belçika ilə görüşdə bunun müdafiədən oynamaları ilə bağlılığını qabardıb: “Belçika ilə qarşılaşmada oyunu müdafiədən qurmuşduq. Hücuma çox çıxmırdıq”. Artıq bu matçı unudub Qazaxıstanla oyunu düşünürük”.
Qazaxıstanla oyun haqda da fikir bildirən yarımmüdafiəçi bu matçı karyerasının ən vacib görüşü adlandırıb: “Qazaxıstan da bizim vəziyyətdədir. Əsas odur ki, ciddi hazırlaşaq. Həm də bu mənim üçün ən vacib oyundur. Qələbə qazanmaq istəyirik”.
23 yaşlı futbolçu son oyunda pleymeykerin olmamasının oyununa necə təsir etdiyinə də aydınlıq gətirib: “Belçika elə komandadır ki, gərək bir qədər ehtiyatlı oynayaydıq. Oyundan öncə ən azı bir xal qazanmaq istədiyimizi açıqlamışdıq. Buna görə də çox sevinirəm. Əslində pleymeyker Rauf və mənə daha çox lazımdır. Çünki hücuma keçən zaman bizi topla pleymeyker təmin edir”.
Mahir Şükürovla tandemindən razı qalan İsmayılov müdafiəçinin hücumamayilli çıxış etməsində problem görmədiyini deyib: “Mahir Şükürovla Makedoniya ilə oyunda da bir cinahda yer aldıq. O, özünütəsdiqləmiş futbolçularımızdandır. Sadəcə, müdafiədən oynayırıq. Ona görə də pleymeykerin olması lazım idi”.

0
0