“Bizdən yalnız qələbə gözləyirlər”
06.09.2011 - 11:20
“Azərbaycanla qarşılaşmada yalnız qələbəyə köklənmişik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Qazaxıstan milli komandasının futbolçusu Marat Xayrullin deyib.
O, Avro-2012-nin bu gün keçiriləcək seçmə oyununda Azərbaycan yığmasını Bakıda da məğlub etmək iddiasında olduqlarını bildirib: “Azərbaycan yığması pis komanda deyil, texnikalı, yüksək sürətli futbol oynayırlar. Fərdi keyfiyyətləri yüksək olan çoxlu sayda oyunçuları var. Belçika ilə oyundan görünür ki, meydanın səviyyəsi yaxşı deyil. Muxtar Muxtarov və Henrix Şmidtqalın yoxluğu özünü göstərəcək. Axı hər ikisi əsas heyət üzvləridir. İstənilən itki komanda üçün pisdir. Bizdən yalnız qələbə gözləyirlər. Türkiyəyə uduzduğumuz üçün bizi mühakimə etmədilər. Amma artıq 1 dəfə məğlub etdiyimiz Azərbaycanı yenə udmalıyıq. Lakin onlar da revanş niyyətindədir.

0
0