Kosta-Rika yığmasının məşqçisi: Biz Parksa güvənirik
06.09.2011 - 11:47
Kosta-Rika yığmasının məşqçisi: Biz Parksa güvənirik
“Ekvadorla keçiriləcək bugünkü yoxlama oyununda 2 hücumçu ilə oynayacağıq. Bunlar Uinston Parks və Alvara Saborio olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Kosta-Rika milli komandasının məşqçisi Ronald Qonsales deyib.

ABŞ-la 4 gün əvvəlki, Parksın ehtiyatda qaldığı matçda baş məşqçi əvəzi olan mütəxəssis bildirib ki, bu gecə Bakı vaxtı ilə saat 2:00-da başlayacaq matçda “Bakı”nın hücumçusuna da güvənəcək: “Biz Parksa da güvənirik. ABŞ yığması ilə matçda oynamasa da bu dəfə meydana çıxacaq. İndi heyətə çağırdığımız futbolçuların əksəriyyətinə dünya çempionatının seçmə matçlarında da bel bağlayacağıq”.

Qeyd edək ki, artıq komandaya yeni baş məşqçi təyin olunan Xorxe Luis Pinto da artıq yığmanın məskunlaşdığı Kito otelindədir. Kolumbiyalı mütəxəssis baş məşqçi kimi vətənində, Kosta-Rika, Venesuela və Peruda ölkə çempionu olmağı bacarıb.