AFFA azarkeşlərə müraciət etdi
06.09.2011 - 11:43
AFFA rəhbərliyi qurumun rəsmi saytı vasitəsilə azarkeşlərə müraciət edib. Apasport.az-ın məlumatına görə, Azərbaycan milli komandasının keçirdiyi oyunlar zamanı yığmamızı yüksək səviyyədə dəstəklədiyinə görə azarkeşlərə dərin minnətdarlığını bildirən assosiasiya rəhbərliyi bugünkü matçla bağlı ümidlərini də gizlətmir. AFFA rəhbərliyi inanır ki, Avro-2012-nin seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Azərbaycan – Qazaxıstan oyununda da azarkeşlər komandamızı 90 dəqiqə ərzində qələbəyə səsləyəcək. FİFA və UEFA bayrağı altında keçirilən yarışların Əsasnaməsinə, həmçinin qəbul olunmuş beynəlxalq protokol qaydalarına uyğun olaraq, stadionda rəqib, eləcə də meydan sahibi komandanın himnləri səsləndirilərkən, AFFA rəhbərliyi azarkeşlərdən himnlərə hörmətlə yanaşmalarını və təhlükəsizlik qaydalarına riayət etmələrini xahiş edir.
0
0